SON XƏBƏRLƏR

Təbrizdə milli fəal həbs edilib

2024.09.25, 12:12
Təbrizdə milli fəal həbs edilib

Sentyabrın 24-də azərbaycanlı yazıçı və jurnalist Zöhrə Vəfayinin Təbrizin Vadi Rəhmət qəbristanlığında keçirilən dəfn mərasimində milli fəal İbrahım Asimani (Azəroğlu) həbs edilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik məmurları milli fəalı həbs edərək özləri ilə naməlum yerə aparıblar.

Onun harada saxlanıldığı və ittihamı barədə ailəsinə məlumat verilməyib.

Milli fəala yaxın şəxslər Asimaninin köynəyində Orxun əlifasında yazılar olduğuna görə saxlanıldığını deyirlər.

Qeyd edək ki, İbrahim Asimani bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə bir neçə dəfə saxlanılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar