SON XƏBƏRLƏR

Pezeşkiandan sonra da İranın mövqeyi dəyişməyib - Teylor

2024.09.27, 10:37
Pezeşkiandan sonra da İranın mövqeyi dəyişməyib - Teylor

Biz İran İslam Respublikası ilə qarşılıqlı fəaliyyət və anlaşmağa hazırıq, ancaq bir şərtlə ki, İran hökuməti davranışını dəyişməkdə ciddi olduğunu göstərsin.

Gunaz.tv

Bu sözləri ABŞ dövlət katibinin İran və İraq üzrə köməkçisi Viktoriya Teylor deyib.

Məsud Pezeşkianın İranın diplomatiyasının dəyişməsi ilə bağlı iddialarına toxunan Teylor bunun əməldə müşahidə olunmadığını söyləyib.

"İran hökuməti öz yanaşmasını və diplomatiyasını dəyişməkdən danışsa da, onun xüsusən də Tehranın proksi qüvvələrinə hərbi dəstək sahəsində yanaşması dəyişməyib. Pezeşkian hökuməti dünya ilə qarşılıqlı əlaqəyə olmağa hazır olduğu mesajını çatdırmağa çalışır, ancaq Amerika üçün vacib olan söz deyil, hərəkətdir",- o bildirib.

Teylor Məsud Pezeşkianın Prezident seçilməsindən sonra da İranın Rusiyaya balistik ralketlər göndərməsinə və özünə bağlı qanunsuz silahlı qruplaşmalara dəstəyini artırmasına diqqət çəkib.

"İran normalaşdırma siyasəti yürütmək istədiyini hərəkətlərində sübut etməlidir, əks təqdirdə biz İranı məsuliyyətə cəlb etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcəyik",- dövlət katibinin İran və İraq üzrə köməkçisi vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar