Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına video müraciətində deyib.
“Hər keçən an rejim iranlıları uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və İran xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”.
Qeyd edək ki, İsrail ordusu Livana daxil olub. Ağ Evdən isə İsrailin Livanın cənubunda məhdud əməliyyat keçirdiyi haqda ABŞ-ı məlumatlandırdığı açıqlanıb.
GünazTV