SON XƏBƏRLƏR

Bayden Netanyahu ilə İranı müzakirə etdi

2024.10.10, 11:29
Bayden Netanyahu ilə İranı müzakirə etdi

Günaz.tv "CNN"-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden çərşənbə günü İsrailli həmkarı Benyamin Netanyahu ilə 30 dəqiqəlik telefon danışığı apardı. 2 aydan sonra ilk dəfə təmas quran liderlər İsrailin İrana cavab hücumunu müzakirə etdikləri düşünülür.

Gunaz.tv

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre mediaya verdiyi açıqlamada bildirib ki, liderlər bir sıra məsələləri müzakirə ediblər. Mətbuat katibi telefon zəngini ABŞ və İsrail rəsmiləri arasında İsrailin cavab planı ilə bağlı müzakirələrin genişləndirilməsi kimi xarakterizə etdi. Bayden daha əvvəl bəyan etmişdir ki, İsrailin cavabı proporsional olmalıdır.

Telefon danışığı zamanı Bayden İranın raket hücumunu birmənalı şəkildə pisləyib. İki lider İsrailin cavabı ilə bağlı müzakirələrin daha da genişləndirilməsinə razılıq verib. 

Ağ Ev bildirib ki, iki lider Livanla bağlı fikir mübadiləsi də aparıb. Bayden regionda yaşanan gərginlik səbəbi ilə didərgin düşmüş İsrail və Livan vətəndaşlarının öz evlərinə qayıtmasına imkan verəcək “diplomatik razılaşma”nın zəruriliyini vurğulayıb.

Ağ Evin dediyinə görə, liderlər “gələcək günlərdə həm birbaşa, həm də milli təhlükəsizlik qrupları vasitəsilə yaxın təmasda qalmağa” razılaşıblar.

Ağ Ev İsrailin İranın raket hücumuna qarşı planlaşdırdığı cavab tədbiri ilə bağlı əlavə təfərrüat verməyib.

 

 

Şahin Elxanoğlu 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar