SON XƏBƏRLƏR

İnternet azadlığına görə İranın yeri açıqlandı - Sondan üçüncü

2024.10.17, 11:33
İnternet azadlığına görə İranın yeri açıqlandı - Sondan üçüncü

"Freedom House"un “Onlayn Azadlıq 2024: Onlayn Etibar Uğrunda Mübarizə” adlı illik hesabatına görə, bütün dünyada internet azadlığının səviyyəsi son 14 il ərzində ardıcıl olaraq azalmaqda davam edib.

Gunaz.tv

Hesabata əsasən, internet azadlığına görə tərtib edilən reytinq cədvəlində Çin və Myanma sonuncu, İran və Rusiya isə müvafiq olaraq sondan üçüncü və dördüncü yerləri tutublar.

"İnternet azadlığına görə dünyanın üçüncü ən repressiv ölkəsi olan İslam Respublikasının hakimiyyət orqanları boykot və ya seçki etirazlarını təşviq edən və ya namizədləri tənqid edən hər hansı məzmunu cinayət hesab edir",- hesabatda bildirilib.

Bununla yanaşı İran məhkəmə sisteminin internet istifadəçilərinə təzyiqlər və məhdudiyyətlər barədəki təzyiqləri də diqqətə çatdırılıb.

Qeyd edək ki, internet azadlıına görə İzlandiya reytinq cədvəlinin birinci pilləsində qərarlaşıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar