SON XƏBƏRLƏR

İranda etiraz aksiyasında ölüdürülən qızın anası da həbs edildi

2024.10.17, 12:13
İranda etiraz aksiyasında ölüdürülən qızın anası da həbs edildi

2022-ci ilin sentyabr ayında İranda keçirilən etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən 16 yaşlı yeniyetmə Nika Şakərəminin anası Nəsrin Şakərəmi həbs edilib.

Gunaz.tv

Bu barədə ailənin başqa qızı Ayda Şakərəmi məlumat yayıb.

"Anam bu gün Xurrəabad şəhərində həbs edilib və onun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilmir",-  o özünün X hesabında yazıb.

Aydanın yazdığına görə, anasının sosial media hesabı da ələ keçirilib və bağlanıb.

Onun qızının öldürülməsi ilə bağlı davamlı paylaşımları və hakimiyyəti cavabdehliyə çağırması ilə bağlı həb edildiyi ehtimal olunur.

Qeyd edək ki, Nika Şakərəmi 20 sentyabr 2022-ci il gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxıb. Sentyabrın 30-da isə Şakərəminin valideynləri Tehranın Kəhrizək həbsxanasında onun meyitini aşkar ediblər.

Hökumət rəsmiləri, yeniyetmənin hündürlükdən yıxılaraq öldüyünü iddia etsələr də, insan haqları təşkilatları yeniyetmə qızın Evin həbsxanasının təcridxanasında işgəncə altında öldürüldüyünü bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar