SON XƏBƏRLƏR

Urmulu fəal 5 il həbs cəzasına məhkum edildi

2024.10.21, 10:13
Urmulu fəal 5 il həbs cəzasına məhkum edildi

Güney Azərbaycanın Urmu şəhərindən olan milli fəal Salar Tahir Əfşar barədə həbs qərarı çıxarılıb.

Gunaz.tv

Bu barədə o, özünün sosial media hesaında paylaşım edib.

Məlumata görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci blməsi fəalı "ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamına görə 5 il azadlıqdan məhrum edib.

Salar Tahir Əfşar və Rəşt şəhərindən olan başqa fəal Vədud Əsədinin məhkəmə iclasları may ayının 21-də keçirilmişdi.

Qeyd edək ki, milli fəal 6 fevralda Urmu şəhərində saxlanılaraq Tehranın Evin həbsxanasına köçürülmüş 28 fevralda isə girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdır.

O, iyun ayının 5-də yenidən həbs edilərək Təbriz həbsxanasına köçürülmüş, iyul ayının 13-də isə elektron qandal vurularaq həbsdən buraxılmışdır.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar