SON XƏBƏRLƏR

İranda sosial media işçiləri həbs edildi

2024.10.23, 09:56
İranda sosial media işçiləri həbs edildi

Bölgədə baş verən hadisələr və İsrailin Hizbullah, HƏMAS rəhbərlərini öldürməsi ilə bağlı paylaşım etdiklərnə görə 3 sosial media fəalı həbs edilib.

Gunaz.tv

Bu barədə İran Məhkəmə Sisteminin nümayəndəsi Əsgər Cahangiri məlumat verib.

O, sosiaı mediadakı paylaşımlarına görə daha 16 nəfərə də xəbərdarlıq edildiyini bildirib.

Cahangiri saxlanılan şəxslərin kimliyi və ittihamları barədə açıqlama verməyib.

Bu, İran rəhbəri Əli Xaməneinin bir neçə gün əvvəl sosial media ilə bağlı göstərişindən sonraya təsadüf edir. 

Qeyd edək ki, iki gün əvvəl Əli Xamənei sosial media ilə bağlı fitva verib və burada "düşmənin sevincinə, hökumətin zəifləməsinə səbəb olan paylaşım və reaksiyalara icazə verilməməsinə" çağırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar