SON XƏBƏRLƏR

Britaniya İran və İsraili təmkinli olmağa çağırdı

2024.10.26, 13:09
Britaniya İran və İsraili təmkinli olmağa çağırdı

Britaniyanın baş naziri Keir Starmer İranı İsrailin hücumlarına cavab verməməyə və bütün tərəfləri təmkinli olmağa çağırıb.

Gunaz.tv

Baş nazir bu barədə keçirdiyi mətbuat knfransında deyib.

“Mən açıq şəkildə deyirəm ki, İsrail İranın təcavüzünə qarşı özünü müdafiə etmək hüququna malikdir. Ancaq eyni dərəcədə aydındır ki, regionda daha da gərginliyin qarşısını almaq lazımdır və mən bütün tərəfləri təmkinli olmağa çağırıram. İran cavab verməməlidir",- Starmer bildirib.

Qeyd edək ki, İsrailin cavab zərbələri İranın 20 hərbi obyekti və hərbi təyinatlı təsisatlarını əhatə edib.

Hava hücumları zamanı heç bir mülki şəxs xəsarət almayıb, Tehran isə iki hərbçinin öldüyünü açıqlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar