SON XƏBƏRLƏR

Azərbaycanın güney və quzeyində zəlzələ olub

2024.11.23, 15:03
Azərbaycanın güney və quzeyində zəlzələ olub

Noyabrın 23-də Azərbaycan Respublikasının Laçın rayonu ərazisində zəlzələ olub.

Gunaz.tv

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Azərbaycan Respublikasında baş verən zəlzələ ilə eyni vaxtda Ərdəbil əyalətində də yerli vaxtla 11:40, Bakı vaxtilə 12:10-da zəlzələ olub.

Bu barədə isə İran Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikası ilə Ərdəbil əyaləti sərhəddində, yerin 7 kilometr dərinliyində qeydə alınan yeraltı təkanın maqnitudası 4.2-ə bərabər olub.

Dağıntılar barədə hər hansı açıqlama verilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar