SON XƏBƏRLƏR

Embarqo qoysanız atom bombası əldə edəcəyik - Əraqçı

2024.11.29, 14:36
Embarqo qoysanız atom bombası əldə edəcəyik - Əraqçı

İranın xarici işlər naziri Abbas Əraqçı noyabrın 28-də Qərb ölkələrini İrana embarqo qoyacaqları təqdirdə nüvə silahı istehsal edəcəkləri ilə təhdid edib.

Gunaz.tv

Bu barədə Portaqaliyanın paytaxtı Lissabonda bəayanat verib.

"Əgər Qərb BMT-nin İslam Respublikasına qarşı sanksiyalarını yenidən aktivləşdirsə, nüvə danışıqları nüvə silahının yaradılması ilə əvəz ediləcək",- nazir xəbərdarlıq edib.

Əraqçı, ölkəsinin indi nüvə silahı yaratmaq bacarığı və biliyi əldə etdiyini, ancaq bunun hazırda Tehranın təhlükəsizlik strategiyası olmadığını söyləyib.

Nazir, Beynəlxalq Atom Enerjisi Agentliyini və agentliyin baş direktoru Rafael Qrossini ötən həftə İran əleyhinə qətnamə qəbul etdiyinə görə sərt tənqid edib.

Abbas Əraqçi İranın yenidən BMT Nizamnaməsinin 7-ci fəslinə salınması və Tehrana qarşı bütün sanksiyaların geri qaytarılması riskindən narahatlığını ifadə edib: 

"Əgər Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında sanksiyaları yenidən tətbiq etsələr, İranda hamı əvvəlki nüvə doktrinasının yanlış olduğuna əmin olacaq və düşünürəm ki, sanksiyaların geri qayıdacağı təqdirdə böhranla üzləşəcəyik".

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası noyabrın 21-də İranın bu agentliklə əməkdaşlıq etməməsini və həmçinin İranın gizli nüvə fəaliyyətlərini pisləyən qətnamə qəbul edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar