SON XƏBƏRLƏR

Casusluq edən iranlıya hökm oxundu

2024.11.30, 10:00
Casusluq edən iranlıya hökm oxundu

Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq etməkdə təqsirləndirilən Söhrabi Akbər Qismət adlı əcnəbiyə hökm oxunub.

Gunaz.tv

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, Söhrabi Əkbər Qismət Azərbaycan vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərib və strateji obyektlərlə bağlı məlumatları toplayıb dövlət təhlükəsizliyinə zidd olaraq digər ölkəyə ötürüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar