SON XƏBƏRLƏR

Rəsmi Moskva: İrəvanın BCM-də iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur

2024.12.04, 15:20
Rəsmi Moskva: İrəvanın BCM-də iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur

Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) və Ermənistanın bu məhkəməyə qoşulmasına münasibəti hər kəsə məlumdur.

Gunaz.tv

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda iştirakı Haaqa tribunalının bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə order verməsi fonunda Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur: “Bu, simvolik zərər deyil, olduqca praktiki zərərdir. Əgər Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də hansısa beynəlxalq normaların möhkəmlənməsinə yardım etsəydi, yəqin ki, bunu başa düşmək, alqışlamaq olardır. Lakin bu “psevdo məhkəmə”nin iki onillik iş təcrübəsi bunun əksindən xəbər verir. BCM həll etməyə çalışdığı heç bir münaqişənin həllinə kömək etməyib. Dəstək və əməkdaşlığa dair bəyanatlar sadəcə olaraq bu qondarma məhkəməni yeni avantüralara sövq edir”, deyə Zaxarova rəsmi İrəvanın beynəlxalq hüquq normalarını möhkəmləndirmək məqsədi ilə BCM ilə əməkdaşlığa hazır olmasına münasibət bildirərkən deyib.

Rusiya XİN sözçüsü vurğulayıb ki, Moskvanın BCM ilə bağlı mövqeyi çoxdan müəyyən edilib: “BCM effektiv fəaliyyət göstərmək iqtidarında deyil, düzgün təşkil olunmayıb, bəyan edilmiş funksiyalarını yerinə yetirmir və iddia etdiyi vəzifələri həll etmək səlahiyyətinə malik deyil. Bizim uzun illər öncə verdiyimiz proqnoz özünü doğruldub. Bütün bu illər ərzində BCM-nin hər hansı böhranın həllində və ya aradan qaldırılmasında bir dəfə də olsun müsbət iştirakı olmayıb. Əksinə, BCM ilə həm bu struktur daxilində, həm də onun ətrafında sonsuz qalmaqallar yaranır”, deyə Zaxarova yekunlaşdırıb

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar