SON XƏBƏRLƏR

İranın Dəməşqdəki səfirliyinə hücum edilib

2024.12.08, 14:16
İranın Dəməşqdəki səfirliyinə hücum edilib

Müxalif qüvvələrin Dəməşqi nəzarətə götürməsindən sonra yerli əhali İran səfirliyinə hücum edib.

Gunaz.tv

Bu barədə "Ələrəbiyyə" məluamt yayıb.

Məlumata görə, suriyalılar səfirliyin binasındakı otaqları dağıdaraq, binanın şüşələrini sındırıblar.

Yayılan görüntülərdə Qasım Süleymani, Həsən Nəsrullahın fotoları olan böyük banerlər və Tehran rejiminə aid başqa atributlar cırılıaraq yerə atılıb, otaqlardakı avadanlıqlar küçəyə boşaldılıb. 

İranın rəsmi mediası da hadisəni təsdiqləyərək bunu "təxribat" və "qarət" adlanddırıb.

Qeyd edək ki, bundan öncə İranın hərbi müşavirlərini və diplomatlarını Suriyadan təxliyə etdiyi haqda məlumat yayılmışdı.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar