SON XƏBƏRLƏR

Yəməndən Təl-Əvivə raket zərbəsi endirilib

2024.12.21, 12:15
Yəməndən Təl-Əvivə raket zərbəsi endirilib

Yəməndən dekabrın 21-i səhər saatlarında Təl-Əvivə endirilən raket zərbəsi nəticəsində 16 nəfər yaralanıb.

Gunaz.tv

Bununla bağlı "Reuters" məlumat paylaşıb.

"İsrail hərbçiləri Yəməndən atılan və Təl-Əvivə düşən mərminin qarşısını almaq cəhdinin uğursuz olduğunu bildiriblər. Milli tibb xidməti 16 nəfərin yüngül yaralandığını açıqlayıb", - məlumatda bildirilib.

Terrorçu qruplaşma sözügedən hücum zamanı "Fələstin 2" adlı hipersəs ballistik raketdən istifadə olunduğunu bəyan ediblər.

"Raket hədəfi dəqiq vurub, müdafiə sistemləri heç nə edə bilməyib", - terrorçu qruplaşmanın nümayəndəsi Yəhya Sari iddia edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar