SON XƏBƏRLƏR

SEPAH 3 bəlucu güllələdi

2024.12.23, 13:23
SEPAH 3 bəlucu güllələdi

SEPAH məmurları Sistan və Bəlucistan əyalətinin Səravan şəhərinin Çayşahı kəndində 3 etnik bəlucu güllələyib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, kəndə hücum edən SEPAH üzvləri əvvəlcədən xəbərdarlıq etmədən atəş açıblar, nəticədə bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Hadisənin 32 yaşlı öldürülən şəxsin və yaralanan 26 və 27 yaşlı şəxlərin həbsi üçün onların mənzilinə basqın zamanı baş verdiyi qeyd olunub.

Yaralıların ağır vəziyyətdə həbs edilərək naməlum yerə aparıldıqları bildirilib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar