SON XƏBƏRLƏR

İran Amerika ilə danışığa çalışır - Media

2024.12.24, 15:53
İran Amerika ilə danışığa çalışır - Media

İran hökuməti Amerikanın yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Yaponiyanın vasitəçiliyi barədə düşünür.

Gunaz.tv

Bu barədə Yaponiyanın "Kiodo" nəşri məlumat yayıb.

"Hökumət Yaponiyanın nüvə danışıqlarında İslam Respublikası ilə Tramp administrasiyası arasında vasitəçi rolunu öz üzərinə götürməsi təklifini nəzərdən keçirir",- nəşr yazıb.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Məsud Pezeşkiana yaxın şəxslər Tokio vasitəsilə Amerika ilə danışıqlar aparmağın mümkün olduğunu bildiriblər.

Bir neçə həftə əvvəl Yaponiyanın Tehrandakı səfirliyi Aykava Kazotuşi də, ölkəsinin Amerika və İran arasında danışıqların baş tutması üçün vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.

İran tərəfi "Kiodo" nəşrinin məsələ ilə bağlı məlumatına münasibət bildirməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar