SON XƏBƏRLƏR

MDB-yə üzv ölkələrin dövlət başçılarının sammiti baş tutub

2024.12.25, 15:50
MDB-yə üzv ölkələrin dövlət başçılarının sammiti baş tutub

MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutub.

Gunaz.tv

Sankt-Peterburqda keçirilən sammiti Rusiya Prezidenti Vladimir Putin açaraq Qazaxıstanda baş vermiş təyyarə qəzasında həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Daha sonra Rusiya prezidenti MDB çərçivəsində əməkdaşlığın səviyyəsindən danışıb.
Putin MDB ölkələrinin ümumi ÜDM-i 2024-cü ilin sonuna kimi 4,7% artacağını söyləyib.

Onun sözlərinə görə, MDB daxilində milli valyutalarla hesablaşmaların payı 85%-i ötür.

Putin MDB-də könüllülərin və qeyri-kommersiya təşkilatlarının beynəlxalq assosiasiyasının yaradılmasını və hər il könüllülərin qurultaylarının keçirilməsini təklif edib.

Qeyd edək ki, baş vermiş təyyarə qəzası səbəbindən Azərbaycan prezidenti İlham Əliyev bu görüşdə iştirakını təxirə salıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar