SON XƏBƏRLƏR

Panfarslar və şahçılar tərəfindən misli görünməmiş irqçi addım

2024.12.26, 16:07
Panfarslar və şahçılar tərəfindən misli görünməmiş irqçi addım

Panfarslar və şahçılar Azərbaycanın görkəmli yazıçısı Qulamhüseyn Səidinin qəbrinə qarşı misli görünməmiş təhqir əməli törədiblər.

Gunaz.tv

İranşəhri fars irqçilərinin Qulamhüseyn Səidinin Parisdə yerləşən məzarına qarşı törətdikləri təhqir əməli İranda fars olmayan xalqları qarşı ögey münasibətin növbəti göstəricisi oldu.

1936-cı ildə Təbrizdə doğulan yazıçı əsərlərini fars dilində qələmə alıb.

İranda şah rejiminə qarşı mübarizə başlananda Qulamhüseyn Səidi bu hərəkatı alqışlayanlardan olur. Lakin 1979-cu ildə İranda qələbə çalan islam inqilabı onun ümidlərini doğrultmur. Bu səbbədən yazıçı 1982-ci ildə Fransaya mühacirət edir. Onun Keyhan”, “İttilaat”, “Ayəndeqan”, “Azadi”, “Rəhayi” və s. qəzet və jurnallarda məqalələri dərc olunmuşdur. Yazarın “İlxıçı”, “Qaradağ”, “Körfəz kənarında xoş bir kölgə”, “Sadə havaşünaslıq”, “Ah-nalə”, “Şəhərdə bir qərib”, “Top”, “Gülərüzlü tatar” kimi bir çox əsərləri vardır.

Qulamhüseyn Saidi 23 noyabr 1985-ci ildə, 49 yaşında Parisdə dünyasını dəyişib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar