SON XƏBƏRLƏR

Suriyaya Türkiyə ilə müzakirə aparmasını demişdik - Əraqçı 

2024.12.27, 15:46
Suriyaya Türkiyə ilə müzakirə aparmasını demişdik - Əraqçı 

Tehran dəfələrlə Bəşər Əsədə Türkiyə ilə danışıqlara getməyi tövsiyə etmiş, həmçinin, Dəməşqə siyasi islahatlar aparması barədə təkliflər vermişdi. Ancaq o (Əsəd- red), müxalifət və Türkiyə ilə danışıqlara razı olmayıb və Türkiyə Suriyadan çəkilməyənə qədər danışıqlara getməyəcəyini bildirib.

Gunaz.tv

Bunu İran xarici işlər naziri Abbas Əraqçı Misirin "Əlğəd" telekanalına müsahibəsində deyib.

O, Bəşər Əsədin devrilməsinin İran və Rusiyanın kəşfiyyat xidmətlərinin uğursuzluğuna dəlalət etdiyi barədə telekanalın sualına rədd cavabı verib.

"Biz silahlı qrupların İdlibdəki bütün hərəkətlərini və onlara göndərilən silahları Suriya hökumətinə xəbər vermişdik”,- nazir iddia edib.

Əraqçı telekanalın İsrailin uğurları və İrana, İrana bağlı qruplaşmalara vurduğu ağır zərbələrə əvvəlkilərdən fərqli olaraq daha ehtiyatlı cavab verib:

"İsraillə mübarizənin davamlı, qələbə və məğlubiyyətlərlə müşayiət olunan prosesdir",- nazir əlavə edib.

XİN başçısı İranın Suriyada silahlı qüvvələrinin olmadığını və yalnız orada məsləhətçilərin işlədiyini, Suriya hökumətinə sadəcə məsləhət verdiklərini deyib.

Qeyd edək ki, SEPAH və ona bağlı əfqanistanlı və pakistanlılardan ibarət "Fatemiyyun" və "Zeynəbiyyun" qruplaşmalarının 4 min silahlısı Bəşər Əsəd devriləndən sonra Suriyadan təxliyə qaytarılıb.

Ondan əvəəl isə Suriyada çox sayda SEPAH üzvü "müqəddəs məkanların qorunması" adı altında bu Bəşər Əsəd rejiminin müxaliflərinə qarşı döyüşüb, onlar SEPAH zabiti döyüşlərdə həlak olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar