SON XƏBƏRLƏR

İran rejiminin türklər arasında dini fitnə törətmək üçün cəhdlər edir

2024.12.29, 13:02
İran rejiminin türklər arasında dini fitnə törətmək üçün cəhdlər edir

Azərbaycandakı İranşəhri-Şuubi hərəkatının əsas sütunlarından olan Livan əsilli Ərdəbilin cümə imamı Seyid Həsən Cəbəl Amuli türklər arasında dini fitnə salmaq üçün cəhdlərini davam etdirir.

Gunaz.tv

Bu məqsədlə İran rejimi Ərdəbildə Seyid Həsən Cəbəl Amuli və bir sıra hökumət mədhiyyəçiləri tərəfindən "Müqavimət Cəbhəsi Şəhidləri və Çaldıran Şəhidlərini Anma" adlı mərasim keçirəcək. 

Qafqazdakı strateji məğlubiyyətindən, Azərbaycanın Ermənistanı məğlub etməsindən sonra Suriyada da Türkiyədən strateji məğlubiyyət alan İran rejimi siyasi böhran içindədir.

Rejim bu uğursuzluqların hər ikisində Türkiyənin əli olduğunu düşünür və buna görə də tapdığı həll yolu Türkiyə ilə Azərbaycan arasında dini fitnə yaratmaqdır.

Xatırladaq ki, Həsən İranın faşist rejiminin maraqlarını təmin etmək üçün Tehranın göstərişi ilə kritik anlarda Şimali Azərbaycan və Türkiyəyə qarşı nifrət yayan İran İnqilab Keşikçiləri Korpusunun Cənubi Azərbaycandakı əsas ünsürlərindən biridir.

Qarabağın azad edilməsindən sonra Amuli Azərbaycan və Türkiyəni hədələyərək "SEOAH öz gücünü Azərbaycana göstərməlidir!” demişdi.

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar