SON XƏBƏRLƏR

Zəncanlı tibb bacılarının əmək haqları verilmir

2024.12.30, 10:26
Zəncanlı tibb bacılarının əmək haqları verilmir

17 aydır ki, Zəncanın xəstəxana və tibb məntəqələrində çalışan tibb bacılarının əmək haqları ödənilməyib.

Gunaz.tv

Bu barədə Zəncan Tibb Elmləri Universitetinin nümayəndəsi Firidun İskəndəri məlumat yayıb.

Onun sözlərinə görə, ölkənin əksər bölgələrində oxşar problem yaşansa da, zəncanlı tibb bacıları uzun müddət əmək haqqı ala bilmədiklərinə görə bu sahədə birinci yeri tuturlar.

Mövcud vəziyyət bir çox tibb bacısının ölkəni tərk etməsinə səbəb olur. İran mediasının məlumatına görə, hər il təxminən 2000 tibb bacısı xaricə köçmək üçün müraciət edir.

Qeyd edək ki, bu və başqa problemlərə görə, avqust ayında Zəncanda daxil olmaqla İranın 37 şəhərinin 60 xəstəxanasının minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər.

Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar