SON XƏBƏRLƏR

İbrahim Rəisinin heç bir xüsusi fikri yox idi - Millət vəkili

2024.12.31, 11:39
İbrahim Rəisinin heç bir xüsusi fikri yox idi - Millət vəkili

İbrahim Rəisinin heç bir xüsusi fikri olmadığına görə, onun adına beyin mərkəzi yaratmaq yersizdir.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayiş Ərdestani deyib.

"Mən İbrahim Rəisidə heç bir xüsusi fikir görməmişəm. Yəqin ki, mərkəzin yaradılmasından məqsəd başqadır və onun ətrafında olan adamlar bir mərkəz yaradaraq hökumətdən büdcə almaq istəyirlər",- millət vəkili bildirib.

Qeyd edək ki, İranın keçmiş Prezidenti İbrahim Rəisiyə yaxın şəxslər onun adına "Beyin Mərkəzi" yaratmaq barədə təklif irəli sürüb və hökumətdən bunun üçün büdcə tələb ediblər.

İranın keçmiş Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Rəsmi məlumatlarda qəzanın əlverişsiz hava şəraiti ilə əlaqədar baş verdiyi bildirlib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar