SON XƏBƏRLƏR

Tufarqan məktəblərinin 50%-dən çoxu bərbad vəziyyətdədir

2025.01.01, 12:12
Tufarqan məktəblərinin 50%-dən çoxu bərbad vəziyyətdədir

Tufarqan (Azərşəhr) qubernatoru bu şəhərdəki məktəblərin və tədris binalarının 50%-dən çoxunun bərbad vəziyyətdə olduğunu və əsaslı təmirə ehtiyacı olduğunu bildirib.

Gunaz.tv

Rza Rəhmətullahi şəhərin təhsil şurasının iclasında acınacaqlı vəziyyətin bərpası üçün hökumətin rolunu qeyd etmədən məktəblərin yenidənqurması üçün xeyriyyəçilərin köməyinə ehtiyac olduğunu bildirib.

Qubernator Tufarqan məktəblərinin 50 faizinin bərbad vəziyyətdə olmasına baxmayaraq, hazırda Tufarqanda cəmi bir 15 sinifli məktəbin tikildiyini bildirib.

İran Konstitusiyasının 30-cu maddəsinə əsasən, hökumət orta məktəbi bitirənə qədər hər kəs üçün pulsuz təhsil imkanları yaratmağa və təhsil imkanlarını təmənnasız olaraq genişləndirməyə borcludur.

Lakin İran hökuməti qəzalı vəziyyətdə olan məktəblərin təmirini və Azərbaycanda məktəb tikintisi xeyriyyəçilərin ümüdünə buraxır və dövlət olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar