SON XƏBƏRLƏR

Kürd millət vəkili inflyasiyaya görə Pezeşkianı ittiham etdi

2025.01.02, 11:36
Kürd millət vəkili inflyasiyaya görə Pezeşkianı ittiham etdi

Məsud Pezeşkian vəzifəsinin icrasına başlayandan bu günə kimi ölkədə dollar, qızıl və avtomobilin qiyməti 30-40% artıb.

Gunaz.tv

Bunu Kürdüstan əyalətinin Saqqız şəhərinin İran parlamentindəki nümayəndəsi Möhsün Beygləri deyib.

O, Prezidenti ölkədəki bahalığa görə qınayıb və vəziyyətin dahada pisləşəcəyi barədə xəbərdarlıq edib.

“İran xalqı min ümid və arzu ilə sizə səs verdi, bəs bu gün dolların qiymətinin 82 min tümən olmasından xəbəriniz varmı?",- millət vəkili soruşub.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinə kürd valinin təyin edilməsi ilə bağlı cəhdlərin baş tutmamasından sonra Beygləri və başqa bir neçə kürd millət vəkilinin Məsud Pezeşkiana qarşı mövqeyi dəyişib.

Onlarn bir neçəsi mühafizəkar siyasi cərəyana mənsub şəxslərlə Pezeşkian hökumətinə qarşı çıxır, uzun illər əvvəl başlayan problem və böhranlara görə, hazırkı Prezidenti günahlandırırlar.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar