SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının Tehrandakı səfiri İran XİN-ə çağırıldı

2025.01.02, 14:33
Səudiyyə Ərəbistanının Tehrandakı səfiri İran XİN-ə çağırıldı

Səudiyyə Ərəbistanında 6 iranlının narkotik maddələrin alveri ittihamına görə edam edilməsindən sonra Tehran Ər-Riyadın səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin konsulluq departamenti məlumat verib.

“Bu şəxslər bir neçə il əvvəl bu ölkənin məhkəmə sistemi tərəfindən Səudiyyə Ərəbistanına narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə edam cəzasına məhkum ediliblər və bu müddət ərzində Xarici İşlər Nazirliyi onlara konsulluq xidmətlərinin göstərilməsi və elan edilmiş cəzanın yüngülləşdirilməsi üçün davamlı səy göstərib. .",- məlumatda bildirilib.

Departament səfirliyə əvvəlcədən xəbərdarlıq edilmədən ölüm hökmlərinin icrasının heç bir şəkildə qəbul edilmədiyini deyib.

Qeyd edək ki, insan haqları təşkilatlarının hesabatına görə, 2024-cü ildə İranda edam edilən 930 məhbusun 87,51%-i “narkotik”lə bağlı ittihamlara görə asılıb.

İran İnsan Haqları Təşkilatı da hesabatında yazıb ki, son 4 ildə “narkotik” ittihamı ilə asılan məhbusların sayı davamlı olaraq hər il artıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar