SON XƏBƏRLƏR

Ölkədə qıtlıq riski yüksəkdir- Millət vəkili

2025.01.02, 16:03
Ölkədə qıtlıq riski yüksəkdir- Millət vəkili

Mövcud vəziyyətin davam edəcəyi təqdirdə ölkədə qıtlıq yarana biləcəyi ehtimalı yüksəkdir.

Gunaz.tv

Bu barədə Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Salman Zakir deyib.

O, buna səbəb kimi ölkədə yüksək səviyyədə balanssızlığın davam etməsini göstərib.

Hökumətin vəziyyətin pisləşməsinin qarşısını almaq üçün planı olduğunu iddia edən millət vəkili, onun tezliklə həyata keçməsinə ümid etdiyini desə də, natarazlığın ciddi təhlükələrə yol aça biləcəyini söyələyib.

Ölkədə sənaye müəssisələrində elektrik enerjisinin kəsilməsi məsələsinə toxunan Salman Zakir : "Sənaye şəhərciklərində baş verən elektrik kəsintiləri birbaşa insanların dolanışığına təsir edir və bu da cəmiyyətdə narazılığın artmasına səbəb olur",- deyə bildirib.

Qeyd edək ki, son vaxtlar İranın əksər bölgələrində elektrik enerjisinin verilişində uzun müddətli fasilələr yaranıb.

Bu və bir neçə Elektrik Stansiyasının bağlanması əhalinin elektrik enerjisi təminatında problemlər yaratmaqla yanaşı, bir sıra istehsal müəssisələrinin bağlanmasına səbəb olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar