SON XƏBƏRLƏR

İran italiyalı jurnalistin azad edilməsi barədə şərt irəli sürüb

2025.01.03, 17:13
İran italiyalı jurnalistin azad edilməsi barədə şərt irəli sürüb

İslam Respublikası İtaliya hakimiyyətinə bəyan edib ki, Tehranda həbs edilən italyan jurnalisti yalnız Milanda həbs edilmiş İran vətəndaşı Məhəmməd Abedini Nəcəfabadi azadlığa buraxacağı təqdirdə azad edəcək.

Gunaz.tv

Bu barədə xarici media Tehranda həbs edilən jurnalist Selsiya Salaninin ailəsinə istinadən məlumat yayıb.

İranın bu tələbi ilə bağlı daha əvvəl heç bir məlumat dərc olunmayıb.

Bildirilib ki, bu böhranı tez bir zamanda həll etmək istəyən İtaliyanın baş naziri Corciya Meloni də daxil olmaqla Romanın yüksək rütbəli rəsmiləri bunu açıq şəkildə ifadə etməkdən imtina ediblər.

Qeyd edək ki, İran hökumətinin təhlükəsizlik məmurları dekabrın 19-da italiyalı jurnalist Sesiliya Salani həbs ediblər.

İnsan haqları təşkilatları jurnalistin həbsini İranın girov götürmə hərəkəti kimi dəyərləndiriblər.

Jurnalistin həbsi ABŞ tərəfindən axtarışda olan 38 yaşlı iranlı Məhəmməd Abedini Nəcəfabadinin dekabrın 16-da Milan hava limanında saxlanılmasından sonra baş verib.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar