SON XƏBƏRLƏR

İranda edam edilən qadın məhbusların sayı açıqlandı

2025.01.07, 11:19
İranda edam edilən qadın məhbusların sayı açıqlandı

2024-cü ildə İran həbsxanalarında ən azı 31 qadın məhbusun edam hökmü yerinə yetirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, bu son 17 il ərzində qadınlar üçün ən yüksək illik edam cəzasıdır.

Bildirilib ki, 2010-2024-cü illər arası İranda edam edilən qadınların ümumi sayı 241 nəfər olub və onların yarısı barədə rəsmi şəkildə dəqiq məlumat verilməyib.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar