SON XƏBƏRLƏR

25 milyon vətəndaş yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

2025.01.08, 15:03
25 milyon vətəndaş yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

İnflyasiyanın və işsizliyin artması ucbatından ölkədə 25 milyondan çox vətəndaş yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır.

Gunaz.tv

Bunu İran parlamentinin üzvü Salam Sütudə deyib.

Ölkədə iqtisadi vəziyyətin getdikcə ağırlaşdığını deyən millət vəkili, hər keçən gün insanların süfrələrinin daha da yoxsullaşdığını bildirib.

"Su, işıq və qazın vəziyyəti narahatlıq doğurur. Ölkə iqtisadiyyatı bir çox problemlərlə üzləşib, xarici valyutanın məzənnəsi fantastik dərəcədə bahalaşıb, bu biabırçılıqdır. Digər tərəfdən, ölkədə istehsalat xətlərində yaranan əsas problemlər səbəbindən sənətkarlar, istehsalçılar və sahibkarlar da bir çox problemlərlə üzləşib, iqtisadi böhran içindədirlər" ,- Sütudə əlavə edib.

Millət vəkili bunun əsas səbəbini ölkədə bacarıqsız və nadan məmurların iş başında olması ilə əlaqələndirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar