SON XƏBƏRLƏR

“Ərdoğan mənim dostumdur” - Tramp

2025.01.09, 14:17
“Ərdoğan mənim dostumdur” - Tramp

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dost olduğunu deyib.

Gunaz.tv

GünazTV “Anadolu Ajans”a istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyə müxtəlif adlarda və formalarda regionda 2 min ildən çoxdur ki, mövcudluğunu qoruyub. Prezident Ərdoğan mənim dostumdur. Ona hörmətim var. Düşünürəm ki, onun da mənə hörməti var. Suriyada baş verənlərə baxsaq, Rusiya zəiflədildi, İran zəiflədildi. Ərdoğan çox ağıllı oğlandır. Müxtəlif adlar və formalar altında öz adamlarını göndərdi və onlar qalib gəldilər”, - Tramp deyib.

Respublikaçıların lideri Ərdoğanın çox güclü və ağıllı lider olduğunu diqqətə çatdırıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar