SON XƏBƏRLƏR

İran əyalətlərinin yarısında tətil elan edildi - Enerji çatışmazlığı

2025.01.11, 10:06
İran əyalətlərinin yarısında tətil elan edildi - Enerji çatışmazlığı

İranda enerji çatışmazlığı səbəbindən bu gün ölkənin 17 əyalətində məktəblər, Universitetlər və bütün dövlət idarələri tətil elan edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bunun, "enerji istehlakının idarə edilməsi" və "havanın çirklənməsinin qarşısını almaq" məqsədilə həyata keçirildiyi bildirilib.

Qeyd edək kİ, ötən həftələrdə yanacaq təchizatı problemi səbəbindən bir çox elektrik stansiyaları bağlanıb və elektrik enerjisinin verilməsində uzun fasilələr yaranıb.

Elektrik stansiyalarının bir çoxunda dizel yanacağından da istifadə edildiyinə görə, ölkənin xüsusən böyük şəhərlərində havanın çirklənməsi təhlükəli səviyyəyə çatır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar