SON XƏBƏRLƏR

Xaməneinin nümayəndəsi Qərblə danışıqlara qarşı çıxdı - Bu fəlakətdir

2025.01.11, 11:30
Xaməneinin nümayəndəsi Qərblə danışıqlara qarşı çıxdı - Bu fəlakətdir

Danışıqlar müqaviməti əvəz edə bilməz. İstər Amerika ilə, istərsə də Avropa ilə danışıqlar aparan hər bir ölkə bədbəxt oldu, ələ keçirildi və Amerikanın hökmranlığı altına keçdi.

Gunaz.tv

Bunu İran rəhbəri Əli Xaməneinin Rəzəvi Xorasan əyalətindəki nümayəndəsi və Məşhəd şəhərinin cümə imamı Əhməd Ələm əl-Huda deyib.

O, Avropa ilə Amerikanın eyni siyasət yürütdüklərini və buna görə də, Avropa ilə də danışıqların aparılmamasına ehtiyac olmadığına təkid edib.

Cümə imamı Amerika ilə müzakirələrin islam dininin aradan getməsi ilə nəticələnəcəyini iddia edərək, danışıq tərəfdarlarını bundan çəkinməyə çağırıb.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian və yaxın ətrafı sistemn çökməsinin qarşısını almaq üçün Qərblə danışıqlara getməyin vacibliyini bildirir.

Bir neçə gün əvvəl Pezeşkianın strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif Qərblə danışıqlara qarşı çıxanları tənqid edib.

"Bəziləri belə bir fikir irəli sürürlər ki, biz xaricilərlə danışıq aparmamalıyıq. Unutmamalıyıq ki, düşmənin qurduğu oyuna düşüb məğlub olan bizik. Həmin oyunu öz evimizdə uduzsaq, xaricdə mütləq uduzacağıq",- Zərif danışıqlara qarşı çıxanlara səslənib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar