SON XƏBƏRLƏR

Tehranda yanacaq tankerləri partlayıb

2025.01.16, 12:41
Tehranda yanacaq tankerləri partlayıb

Yanvarın 15-i gecə saatlarında Tehranın İslamşəhr bölgəsində maye qaz daşıyan 5 tanker partlayıb.

Gunaz.tv

Bu barədə İslamşəhr Yanğınsöndürmə İdarəsinin başçısı Hüseyn Yari məlumat yayıb.

Onun sözlərinə görə, hər birinin 30 min litr maye qaz daşıdığı tankerlərin partlamasında insan tələfatı olmayıb.

Yari, tankerlərin partlamasının sürücülərin ehtiyatsızlığı ucbatından baş verdiyi ehtimal olunduğunu bildirib.

"Hazırda qəzanın baş vermə səbəbinin tam dəqiqləşdirilməsi üçün mütəxssislər araşdırmalar aparır",- o, deyib.

Qeyd edək ki, bəzi qeyri-rəsmi sosial media kanallarında tankerlərin partladıldığı iddia olunub.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar