SON XƏBƏRLƏR

Mədəni fəalların həbs cəzası təsdiqləndi

2025.01.17, 10:10
Mədəni fəalların həbs cəzası təsdiqləndi

Tehran əyalətinin Apellyasiya Məhkəməsinin  36-cı şöbəsi 10 azərbaycanlı mədəni fəalın apellyasiya şikayətini rədd edərək, ibtidayi məhkəmənin verdiyi ağır həbs cəzasını təsdiqləyib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Azərbaycanlı fəallar "casusluq"da, "milli təhlükəsizliyə qarşı fəaliyyət"də, "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq da ittiham olunurlar.

Məhkəmənin qərarına görə, Ayaz Seyfxah 14, Araz Aman Zərrinabad 13, Baqir Hacızadə Məzrəə 13, Kərəm Mərdanə Məstəlibəyli 11, Tahir Nəqəvi 6, Salar Tahir Əfşav 5, Mürtəza Pərvin Cuda 6, Həsən İbrahimi 3, Səid Minayi Qışlaq 5 və Fatimə Atəş Xiyavinəsəb 5 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, adı çəkilən fəallar 2024-cü ilin fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc, İslamşəhr, Muğan və Astara şəhərlərində həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüblər.

Onlardan bir neçəsi dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, əksəriyyəti həbsdə saxlanılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar