SON XƏBƏRLƏR

İsrail hökuməti HƏMAS-la atəşkəs razılaşmasını təsdiqlədi

2025.01.18, 11:52
İsrail hökuməti HƏMAS-la atəşkəs razılaşmasını təsdiqlədi

İsrail hökuməti Qəzza sektorunda atəşkəsin təmin edilməsi və girovların azad edilməsi ilə bağlı HƏMAS-la əldə edilən razılaşmanı təsdiqləyib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Razılaşma bölgədə gərginliyin azaldılması və humanitar vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Girovların azad olunması prosesinin yaxın günlərdə başlayacağı gözlənilir.

İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da axşam Dohada əldə edilib.

“Axios” portalı mənbələrə istinadən bildirirdi ki, sazişin bağlanması üzərində ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, habelə Qətər və Misir vasitəçiləri işləyiblər.

Qeyd edək ki, İsrail və HƏMAS arasında davam edən qarşıdurmalar nəticəsində bölgədəki vəziyyət kəskin şəkildə gərginləşmişdi. Bu razılaşma tərəflər arasında müəyyən sabitlik yaratmaq üçün mühüm addım kimi qiymətləndirilir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar