SON XƏBƏRLƏR

Putin Pezeşkianı bir saat gözlədib

2025.01.18, 13:06
Putin Pezeşkianı bir saat gözlədib

Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Kreml Sarayına gedən Məsud Pezeşkian və onu müşayiət edən heyəti bir saat gözlədilib.

Gunaz.tv

Bu barədə "İran İnternational" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

"İran Prezidentinə Putinin hazır olmadığı, ya gözləmə zalında gözləmələrini, ya da hotelə qayıtmaları, daha sonra Kremlə geri gəlmələri bildirilib",- məlumatda qeyd olunub.

Məsud Pezeşkianın yaxın çevrəsinə istinadən yayılan xəbərdə, Rusiya tərəfinin iranlı jurnalistlərə qarşı da yaxşı davranmadığı bildirilib.

Bununla yanaşı Vladimir Putin Məsud Pezeşkianla görüşündə onun İranın Rusiya ilə bağlı siyasətində aparıc rol oynamadığına işarə edib.

"Biz bilirik ki, İranın Rusiya ilə bağlı siyasətinə Əli Xamənei nəzarət edir",- Rusiya Prezidenti bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar