SON XƏBƏRLƏR

Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir

2025.01.23, 15:27
Lənkəranda dənizdə itkin düşən balıqçıların axtarışları davam edir

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

"Hazırda vətəndaşların axtarışları Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir", məlumatda deyilir.

Məlumatda qeyd olunub: "Bu günə kimi hər iki ailə adından müvafiq qurumlara, o cümlədən Təbrizdəki konsulluğumuza rəsmi müraciət olunub. Bu gün konsulluqdan cavab alınıb ki, Nazim Abbasov Rusiya vətəndaşı olduğu üçün həmin ölkənin Azərbaycandakı səfirliyinə də müraciət olunmalıdır. Ailə üzvləri bu gün Rusiya səfirliyinə məlumat verəcəklər".

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar