SON XƏBƏRLƏR

Avropa Parlamenti İranda insan hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul etdi

2025.01.24, 12:28
Avropa Parlamenti İranda insan hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul etdi

Cümə axşamı Avropa Parlamenti İranda insan hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul edib.

Gunaz.tv

Avropa Parlamenti İranda insan haqlarının sistematik şəkildə pozulmasını və Avropa İttifaqı vətəndaşlarının girov götürülməsini qınayan qətnamə qəbul edib.

Qətnamə 556 lehinə, 6 əleyhinə və 42 bitərəf səslə qəbul edildi. Qəbul edilən qətnamədə Avropa Parlamentinin üzvləri İranda ölüm cəzasına kəskin etirazlarını ifadə edərək, onun tətbiqinə dərhal ləğvini tələb ediblər. Onlar xüsusilə hüquq müdafiəçisi Paxşan Əzizi və Vrişa Moradiyə çıxarılan ölüm hökmlərini pisləyir və onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, həmçinin ölüm hökmündə olan ən azı 56 siyasi məhbusun azad edilməsini tələb edirlər. Avropa Parlamentinin deputatları həmçinin Almaniya-İran vətəndaşı Cəmşid Şarməhdin qətlini qətiyyətlə pisləyir və İrandakı İslam rejimini onun ölüm şəraiti ilə bağlı təfərrüatları açıqlamağa çağırır.

Deputatlar İran rejiminin insan haqlarına qarşı amansız repressiyasını və azlıqlara qarşı təqiblərini pisləyir, İran vətəndaş cəmiyyətinə maliyyə dəstəyinin artırılmasına çağırır.

Qətnamə İranın girov diplomatiyasını kəskin şəkildə pisləyir. Avropa Parlamenti deputatları İran rejimini Fransa vətəndaşları Olivier Grondeau, Cécile Kohler və Jacques Paris və İsveç-İran vətəndaşı Əhmədrza Cəlali də daxil olmaqla bütün Aİ vətəndaşlarını azad etməyə çağırır.

Avropa Parlamentinin deputatları həmçinin Şuradan İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa və Aİ sanksiyalarını İranda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan bütün şəxslərə şamil etməyə çağırdıqlarını təkrarlayırlar.

 

Qətnaməni buradan tapa bilərsiniz!

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar