SON XƏBƏRLƏR

İki ildir İran məhkəməsinin qərarını gözləyirdik... - Orxan Əsgərovun qızı

2025.01.27, 14:02
İki ildir İran məhkəməsinin qərarını gözləyirdik... - Orxan Əsgərovun qızı

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Gunaz.tv

Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.

GünazTV xəbər verir ki, Modern.az Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Aysu Əsgərli ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında şəhidin qızı bildirib ki, iki ildir ki, İran məhkəməsinin qərarını gözləyirdilər.

"Nəhayət, qərar təsdiqləndi. Bunun haqda deyəcəyim heç bir söz yoxdur. Sadəcə hisslər var. Edam hökmünün icrası zamanı mən yox, babamın iştirakını çox istərdim. Azərbaycanda atamın xatirəsini heç vaxt unutmurlar. Edam hökmünə qərar verilməsində bunun böyük rolu olub. Anam da mən də heç vaxt onu unutmuruq”.

Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qızı Türkiyədə ali məktəbə qəbul olub.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar