SON XƏBƏRLƏR

İranda zəhərlənən tələbələrin sayı artdı

2025.01.27, 15:39
İranda zəhərlənən tələbələrin sayı artdı

Vəramin şəhərinin "Zeynəbiyyə Pişva" yataqxanasında qidadan zəhərlənən tələbə qızların sayı 101 nəfərə çatıb.

Gunaz.tv

Bu barədə "Xəbər onlayn" saytı məlumat yayıb.

Məlumata görə, tələbələr onlara verilən vaxtı keçmiş balıq knservası yedikdən sonra zəhərləniblər.

Tehran əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Şervin Təbrizi, tələbələrin iki xəstəxanaya köçürüldüyünü və həyati təhlükə olmadığını deyib.

Bundan bir neçə gün əvvəl də, Tehranın Tibb Elmləri Universitetinin 100 tələbəsi eyni səbəbdən zəhərlənmişdi.

Qeyd edək ki, son vaxtlar tələbə hərəkatı fəalları, hökumətin vaxtı keçmiş və istifadəyə yararsız qidaları tələbələrə verdiyinə görə bir neçə dəfə etiraz aksiyası keçiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar