SON XƏBƏRLƏR

İranlı jurnalist İsraildə həbs edilib

2025.01.28, 10:29
İranlı jurnalist İsraildə həbs edilib

İranlı jurnalist İsraildə həbs edilib və hazırda bu ölkədə saxlanılır.

Gunaz.tv

Bu barədə İran Radio və Televizya Şirkətinin başçısı Peyman Cəbəli məlumat verib.

O, kimliyi barədə məlumat vermədiyi jurnalistin Qəzzada deyil, İsraildə həbs edildiyini desə də, jurnalistin İsraildə nə iş gördüyü barədə açıqlama verməyib.

Cəbəli jurnalistin ailəsinin məsələnin ictimailəşməsini istəmədiyinə görə, bu günə kimi bu barədə məlumat vermədiklərini söyləyib.

"Onun sərbəst buraxılması və İrana qaytarılması üçün işlər görülür və ümid edirik ki, jurnalist tezliklə azad ediləcək,- Peyman Cəbəli vurğulayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar