SON XƏBƏRLƏR

Kalın Kostanyanla Suriyada gizli görüşdü

2025.01.28, 14:43
Kalın Kostanyanla Suriyada gizli görüşdü

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyada Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla görüşüb.

Gunaz.tv

GünazTV Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kütləvi informasiya vasitələri məlumat paylaşıb.

Türkiyə KİV-in iddialarına görə, görüşdə Zəngəzur dəhlizi də müzakirə olunub.

“Dünən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan gözlənilmədən Dəməşqə gedib və orada Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşdən əlavə, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla da görüş keçirib. Dialoqun əsas mövzusu Zəngəzur dəhlizinin Ermənistan ərazisindən açılması şərtləridir”, - deyə bildirilib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar