SON XƏBƏRLƏR

Pezeşkianın müavinlərinə qarşı hücumlar artdı- Uzaqlaşdırılsınlar

2025.01.28, 16:06
Pezeşkianın müavinlərinə qarşı hücumlar artdı- Uzaqlaşdırılsınlar

İran Prezidenti Məsud Pezeşkianın müavinlərinə qarşı hücumların artması fonunda bir sıra millət vəkili də kampaniyaya qoşulub.

Gunaz.tv

Tehranın İran parlamentindəki nümayəndəsi Əmir Hüseyn Sabiti Prezidentin birinci müavini Məhəmmədrza Arif və strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərifin vəzifədən çıxarılmalarının vacibliyini bildirib.

Əmir Hüsyn Sabiti bunu adı çəkilən şəxslərin övladlarının Amerikada oturum almaqları ilə əlaqələndirib.

"Zərifin iki övladı Amerika vətəndaşlığı alıb və bu qanunlara ziddir. Qanunda da qeyd olunub ki, Prezident, onun müavinləri, nazir və başqa həssas vəzifədə olan şəxslərin yaxın ailə üzvləri xarici ölkə vətəndaçı ola bilməzlər",- millət vəkili bildirib.

O, Zərifə təklif də verib: "Əgər oranı sevirsən elə get orada da yaşa, həm onu həm də bunu əldə salamaq olmaz!",- o, əlavə edib.

Millət vəkili məsələ ilə bağlı iclas keçirildiyini və təhlükəsizlik nazirinin də çağırıldığını söyləyib.

"Nazir dedi ki, mənim bundan xəbərim var, ancaq problemin həlli mənim səlahyyətim xaricindədir və buna görə Məsud Pezeşkian cavabdehlik daşıyır",- Sabiti bildirib.

O, eyni ittihamları Pezeşkianın birinci müavini Məhəmmədrza Arifə qarşı da səsləndirib və onların vəzifələri ilə vidalaşmalarını tələb edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar