SON XƏBƏRLƏR

Amerika ilə müzakirədə problem görmürük - Babayi

2025.01.29, 14:19
Amerika ilə müzakirədə problem görmürük - Babayi

Bizim Amerika ilə heç bir düşmənlik və müharibə məqsədimiz yoxdur.

Gunaz.tv

Bu sözləri İran parlamentinin sədr müavini Hacı Babayi mediaya xüsusi müsahibəsində deyib.

"Ölkəmiz danışıqlara inanan ilk ölkədir, biz sionist rejimdən başqa dünyanın istənilən yeri ilə, hətta Amerika ilə də danışıqlara hazırıq",- o əlavə edib.

Bu, İran rəhbəri Əli Xaməneinin danışıqlar barədə səsləndirdiyi fikirlərdən bir neçə saat sonra bildirilib.

Əli Xamənei yanvarın 28-də əvvəli mövqeindən fərqli olaraq Amerika ilə müzakirələrin qadağan olması barədə danışmayıb və yalnız "Biz kiminlə alver etdiyimizin və müzakirə apardığımıza diqqət etməliyik" ifadəsi ilə kifayətlənib.

Qeyd edək ki, Trampın qələbəsindən sonrakı həftələrdə İranın yüksək vəzifəli şəxsləri İsrailə qarşı təhdidləri və nüvə doktrinasının dəyişdirilməsi ilə bağlı bəyanatları dayandırıb, diplomatiya və danışıqlar axtarışında olduqlarını iddia ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar