SON XƏBƏRLƏR

Avropa Parlamenti İranda bəhailərə qarşı repressiyaları pislədi

2025.01.31, 14:06
Avropa Parlamenti İranda bəhailərə qarşı repressiyaları pislədi

Avropa Parlamenti və müxtəlif Avropa ölkələrinin parlamentlərinin 125 nümayəndəsi BMT-nin xüsusi məruzəçiləri və bu təşkilatın işçi qruplarının ekspertlərinin bəyanatlarını dəstəkləyərək, İranda bəhai qadınlarına qarşı təzyiq və repressiyaların güclənməsini pisləyiblər.

Gunaz.tv

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Avropa Parlamentinin nümayəndələri bəyan ediblər ki, BMT məruzəçiləri və ekspertlərinin bəyanatına uyğun olaraq, bütün ölkədə Bəhai dininə etiqad edən iranlı qadınların sistematik şəkildə hədəfə alınmasından narahatdırlar.

“İranda bəhai qadınların əzabları beynəlxalq ictimaiyyətin diqqətini və dərhal hərəkətə keçməsini tələb edir”,- deyə avropalı nümayəndələr bəyanatda qeyd ediblər.

Mərkəzi Cenevrədə yerləşən Beynəlxalq Bəhai İcması, Avropa Parlamenti nümayəndələrinin birgə bəyanatında İranda Bəhai qadınlarının vəziyyətinin həllinin həyati əhəmiyyətinin vurğulandığını bildirib.

İcma qeyd edəib ki, Avropa Parlamentinin üzvləri İslam Respublikasının hakimiyyət orqanlarından bəhai qadınlarına qarşı təqib və təzyiqlərə son qoymağı və onların insan haqlarını təmin etməyi ciddi şəkildə istəyəcəklər.

Beynəlxalq Bəhai İcması, Avropa Parlamenti nümayəndələrinin son bəyanatını İranda bəhailərin, qadınların və bütün həssas qrupların və azlıqların hüquqlarının pozulmasına görə, İranı cavabdehliyə cəlb etmək üçün artan beynəlxalq hərəkatın nümunəsi kimi qiymətləndirib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitutsiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar