SON XƏBƏRLƏR

İranda yoxa çıxan hindistanlar həbs edilib

2025.02.03, 10:33
İranda yoxa çıxan hindistanlar həbs edilib

İrana səfər edən Yugiş Pançal, Məhəmməd Sədiq və Sumit Sud adlı 3 Hindistan vətəndaşının ikisi qadağan olmunmuş yerlərdən foto çəkdiklərinə görə həbs edilib.

Gunaz.tv

Bu barədə İran Məhkəməsinin vəkili Səid Nəqdi məlumat yayıb.

Onun sözlərinə görə, 2024-cü ilin dekabrın 4-də həbs edilən Yugiş Pançal fevralın 4-də Hindistana göndəriləcək, Məhəmməd Sədiq isə bir neçə gün əvvəl deportasiya edilərək Omana gedib.

Həbsdə olan başqa hindistanlı Sumit Sudun isə həbsdə saxlanıldığı və barəsində əlavə məlumat əldə etməyin mümkün olmadığı bildirilib.

Qeyd edək fevralın 1-də Hindistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq İrana səfər edən 3 hindistanlının yoxa çıxmasıı bldirib və İran hökumətindən bu barədə izahat tələb etmişdi.

Son illərdə İran əsasən casusluq və ya təhlükəsizlik cinayətləri törətmək ittihamı ilə onlarla xarici vətəndaşı və ya ikili vətəndaşlığı olan şəxsləri həbs edib.

Hüquq müdafiəçiləri İran tərəfindən başqa ölkələrin vətəndaşlarının həbsini “hökumətin girov götürməsi” kimi qiymətləndirir və bildirirlər ki, Tehran bu taktikadan bu ölkələrə təzyiq göstərmək və onlardan güzəştlər almaq üçün istifadə edir.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar