SON XƏBƏRLƏR

Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir

2025.02.04, 13:29
Ermənistan XİN: İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər davam etdirilir və sülh sazişinin hazırlanması prosesində də müsbət dinamika müşahidə olunur.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan “Armenpress”ə müsahibəsində deyib.

“Həqiqətən çox yaxın olduğumuz sülh sazişinin tamamlanmasına, müsbət dinamikanın mövcud olduğu delimitasiya prosesinin irəliləməsinə və kommunikasiyaların açılmasına yanaşmalarımız konstruktivdir və davamlı sülhün əldə olunmasına yönəlib”, - o qeyd edib.

P.Hovhannisyan bildirib ki, bu prosesi dəstəkləmək üçün bütün tərəfdaşlarla iş davam edir. “Əlbəttə, biz nəticə əldə edəcəyimizə inanmalıyıq”, - o vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar