SON XƏBƏRLƏR

Azərbaycan Mədəniyyət Həftəsi "Təbriz Mədəniyyət Həftəsi" edilib

2025.02.06, 13:06
Azərbaycan Mədəniyyət Həftəsi "Təbriz Mədəniyyət Həftəsi" edilib

Fevralın 10-dan 17-ə kimi Tehranda Təbriz Mədəniyyət Həftəsi çərçivəsində 30-dan çox mədəni proqramın keçirilməsi nəzərdə tutulub.

Gunaz.tv

Bu barədə Təbriz bələdiyyəsinin mədəni-ictimai təşkilatının rəhbəri Əmir Nəsirbeygi məlumat verib.

O, Tehranla eyni vaxta Təbriz şəhərində də oxşar tədbirlərin keçiriləcəyini söyləyib.

Əmir Nəsirbeygi sözlərinə görə, tədbirdə Şərqi Azərbaycan valisi Bəhram Sərməst, Təbriz  meri Yəqub Huşyar və əyalətin icra və mədəniyyət müəssisələrinin başçıları iştirak edəcək.

Qeyd edək ki, bundan əvvəl yayılan qeyri-rəsmi məlumatlarda Tehranda "Azərbaycan Mədəniyyət Həftəsi"nin keçiriləcəyi bildirilmişdi.

Yerli mənbələr Tehranın buna razılıq vermədiyinə görə, Azərbaycan Mədəniyyət Həftəsinin adının "Təbriz Mədəniyyət Həftəsi" edildiyini yazıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar