SON XƏBƏRLƏR

Paşinyanın "erməni soyqırımı" açıqlamasına Zaxarovadan REAKSİYA

2025.02.07, 11:52
Paşinyanın "erməni soyqırımı" açıqlamasına Zaxarovadan REAKSİYA

Rusiya XİN rəsmisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın “erməni soyqırımı” ilə bağlı açıqlamalarına münasibət bildirib.

Gunaz.tv

GünazTV Globalinfo-ya istinadən xəbər verir ki, o, brifinq zamanı bu mövzuda ona ünvanlanan sualı cavablandırıb.

“Gözləmirdim ki, bu məsələyə həm Ermənistan dövlətinin, həm Ermənistan xalqının, həm də bir etnik qrup kimi ermənilərin tarixən formalaşan konsensus mövqeyindən fərqli yanaşılacaq.

Düşünməzdim ki, illər ərzində formalaşan bu möhkəm mövqe erməni cəmiyyətinin öz daxilində hansısa dəyişikliyə məruz qalacaq. Misal üçün, elə son fikirlər. Davosdakı bəyanatlardan danışıram. Amma yenə deyirəm, bu sual bizə ünvanlanmamalıdır. Bizim mövqeyimiz Dövlət Dumasının müvafiq bəyanatında öz əksini tapıb. Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyib”, – deyə Zaxarova qeyd edib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan Amerikada səfərdə olarkən yerli erməni icmasının nümayəndələri ilə görüşdü. Görüş zamanı Paşinyan Rusiyanın “erməni soyqırımı” iddialarından həm sovetlər zamanı, həm də müstəqillik dövründə Türkiyəyə qarşı istifadə etməsinə eyham vurub.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar